Mərkəzi Bank Dövlət Xidmətilə anlaşdı
Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) arasında oktyabrın 26-da Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumu Mərkəzi Bank və XRİTDX arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.
Həmçinin Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “CyberFest” kiberfestivalında imzalanmışdır.
Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası tərəfindən Azərbaycan Resublikası Mərkəzi Bankı və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə dəstəyi əsasında ölkəmizdə ilk dəfə olaraq Baku Fintech Forum 2023 tədbiri keçirilir.
Bakı Fintech Forum 2023 ölkədə fəaliyyət göstərən maliyyə institutları ilə yanaşı beynəlxalq maliyyə isntitutlarının cəlb edildiyi ilk regional xarakterli fintex forumudur. Maliyyə bazarları iştirakçılarının geniş marağına səbəb olan Bakı Fintex Forumu 2023 təşkili fintex ekosisteminin gələcək inkişaf istiqamətlərini müəyyən edəcək effektiv bir platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Fintex forumunda fintex ekosisteminin bu gün və gələcəyi, ekosistemin inkişaf üzrə aparılan qanunvericilik islahatları, investisiya imkanları və onların gələcəyi, fintex ekosistemində startapların fəaliyyət istiqamətləri kimi mövzularda təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılır. Forumun gündəliyinə prioritet mövzulardan həmçinin rəqəmsal bank və bu sahədə innovasiyaların tətbiqi imkanları, rəqəmsal bankçılıq sahəsində son inkişaf trendləri də daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 43 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)
















.jpg)