Tarixdə ən böyük İPO olacaq
Səudiyyə Ərəbistanın dövlət nəzarətindəki neft və təbii qaz şirkəti "Saudi Aramco", tarixin ən böyük ilkin kütləvi yerləşdirməsinə (İPO) hazırlaşır. London və Nyu-York Birjaları "Saudi Aramco"nu "qapmaq" üçün vuruşurlar. İPO - şirkətin səhmlərinin ilk dəfə birjada investorlara açıq təklif olunmasıdır.
"Saudi Aramco"nun 5 faiz səhmi üçün 2 trilyon dollarlıq İPO-su, ekspertlərə görə, tarixin ən böyüyü olacaq. İngilislər, İPO-nun London Qiymətli Kağızlar Birjasında (LSE) həyata keçirilməsi üçün böyük səy göstərirlər. Tənzimləyicilər ilə birlikdə hazırlanan və dünən təqdim olunan təkliflərdə dövlət şirkətlərinin birjaya listinq olmasını asanlaşdıracaq yeniliklər var.
Britaniya Maliyyə Nəzarət Palatası (FCA) bilavasitə ad verməsə də, qüvvəyə minməsi mümkün yeni aktların, Orta Şərqli enerji nəhəngi üçün hazırlanmış təəssüratı verdiyini deyir.
İNGİLİSLƏR BAZAR QAYDALARINI DƏYİŞDİRƏCƏK
FCA, birjada dövlətlər tərəfindən idarə olunan şirkətlər üçün yeni kateqoriya yaradılmasını təklif edib. Yəni dövlət şirkətləri ilə onları nəzarət edən hakimiyyət gücləri, ya da sülalələr arasındakı əməliyyatlar zamanı digər şəriklərin razılığı alınmayacaqdır.

FCA sədri doktor Endryu Bailey, "Hakimiyyət qüvvələri, özəl sektor şəxs və ya şirkətlərindən həm motivasiyaları, həm də təbiətləri etibarilə fərqlidir. İnvestorlar uzun zamandır bunun fərqindədirlər və kapital bazarları bu cür ölkələrdən gələn digər investorlarla olan münasibətlərə yaxşı ayaq uydurublar",- deyib.
"SAUDİ ARAMCO" NİYƏ BU QƏDƏR DƏYƏRLİDİR?
Səudiyyə Ərəbistanının neft şirkəti, ötən ilin məlumatlarına görə, gündə 10 milyon bareldən çox neft hasil edir və bu dünyadakı hər hansı bir şirkətin istehsal etdiyindən daha çoxdur. "Saudi Aramco"nun müasir neft emalı zavodları var və şirkət dünyanın ümumi neft ehtiyatlarının 6-da 1-inə sahibdir.
"Saudi Aramco"nun İPO-sunun arxasında bir nömrəli şəxs olan Vəliəhd Şahzadə Məhəmməd bin Salman, İPO zamanı şirkətin 2 trilyon dollar dəyərə çatacağına iddia edir. Bəzi analitiklər təmkinli görünsə də, trilyon dolları üstələməsilə gözlənilən İPO- tarixdə ən böyük İPO-su olacaqdır.
Şirkətin dəyərini müəyyənləşdirəcək amillər neft qiymətləri və vergi dərəcələri olacaqdır. Səudiyyə Ərəbistanı, mart ayında "Saudi Aramco" üçün vergi faizini 85%-dən 50%-ə salmışdı.
2018-ci ildə reallaşması gözlənən İPO üçün Nyu-york ən böyük bazar olsa da mütəxəssislər "Saudi Aramco"nun ABŞ-ı seçim etməsi vəziyyətində hüquqi mənada çətinlik çəkəcəyinə diqqət çəkirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
4 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
4 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















