Sabah səyahətə çıxanların nəzərinə - HAVA PROQNOZU
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-34 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 33 d. əvvəl
-
-
49 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)








.jpg)






