Faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevralda əhalinin müddətli əmanətlərinin azalması ilə nəticələnməyib
2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı müddətli əmanətləri 139 milyon 780 manat artaraq 28 fevral 2023-cü il tarixində 6 milyard 336 milyon 71 min manata çatıb.Bilindiyi kimi, 01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri Vergi Məcəlləsinə əsasən 10% gəlir verigisinə cəlb olunur. Əmanət üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevral ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətlərinin azalması ilə nəticələnməyib.
Qeyd edək ki, əhalinin əmanətləri müddətli və tələbli əmanətlərə bölünür.
Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.
Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır və ya əmanətçiyə faiz ödənilmir Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı müddətli əmanətləri 139 milyon 780 manat artaraq 28 fevral 2023-cü il tarixində 6 milyard 336 milyon 71 min manata çatıb. 31 yanvar 2023-cü il tarixində fiziki şəxslərin banklardakı müddətli əmanətləri 6 milyard 196 milyon 292 min manat təşkil etmişdi.
Fevral ayında fiziki şəxslərin cəmi əmanətləri (müddətli və tələbli) 32 milyon 831 min manat azalaraq 11 milyard 653 milyon 924 min manata geiləyib (yanvarın sonunda 11 milyard 686 milyon 755 min manata çatmışdı). Azlama fiziki şəxslərin tələbli əmanətlərinin azalması ilə bağlıdır. Belə ki, 2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı tələbli əmanətləri 172 milyon 601 min manat azalaraq 5 milyard 317 milyon 842 min manata düşüb.
Fevral ayında sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 6,2 milyon manat artaraq 247,9 milyon manata çatıb.
Qeyd edək ki, fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri vergiyə cəlb edilməsi banklarda əmanət faizlərinin artırılması ilə də nəticələnməyib. Bir çox banklarda əmanət faizləri ilin əvvəli ilə müqayisədə eyni səviyyələrdədir, hətta bəzi banklar əmanət faizlərini aşağı salıblar.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)







