Soğan niyə ucuzlaşmır?
"Bundan sonra soğanın qiymətində kəskin artım olmayacaq"Məlum olduğu kimi, bu ayın əvvəlindən etibarən, soğan idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin qərarı ilə baş soğan və şalot soğanı mayın 1-dək “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”na daxil edilib.
Qərarın qəbulundan 3 həftədən çox vaxt keçsə də, hələ də sözügedən məhsulun qiymətində azalma müşahidə olunmur.
Vətəndaşlar kiloqramı 1.20-1.30 AZN-ə satılan soğanın qiymətinin yüksək olmasından şikayətlənirlər. Hətta ehtimal olunur ki, bu, qiymət üçün son hədd deyil, Novruz bayramı ərəfəsində qiymətlərdə artımlar gözlənilir.
Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin direktoru Firdovsi Fikrətzadə saytımıza bildirdi ki, soğanın qiymət artımı ixracına məhdudiyyət qoyulduğu və idxalın rüsumdan azad olunduğu dövrə qədər baş verib:
“Region bazarında, dünyada bununla bağlı bir qıtlıq yaranmışdı. Ölkənin ehtiyatları sürətli şəkildə region ölkələrinə ixrac olunurdu deyə qiymət kəskin artdı. Ona görə də hökumət dərhal ixraca məhdudiyyət, idxalın isə bütün rüsumlardan azad olunması ilə bağlı qərar qəbul etdi. Ondan sonra soğanın bizdə topdan və pərakəndə satış qiymətləri məhz o qərar qəbul olunana qədər hansı səviyyədə idisə, o səviyyədə də qaldı. Orta hesabla soğanın pərakəndə satış qiyməti 1.10 AZN-dir. O cümlədən, supermarketlərdə soğanın kiloqramı 1.30-1.40 manat arası satılır. Topdansatış qiyməti isə 95-98 qəpik civarındadır. Bu məhsul ixrac məhdudiyyəti qoyulana qədər yüksələn səviyyə haradadırsa, o səviyyədə qalıb”.
F. Fikrətzadənin sözlərinə görə, bundan sonra soğanın qiymətində kəskin artım olmayacaq:
“Çünki biz xarici təsirləri nisbətən neytrallaşdıra bildik. Artıq Azərbaycanda yüzlərlə ton soğanın ixrac olunmasına region bazarında tələbat var idi və sahibkarlar da bununla əlaqədar müraciət edirdilər. Lakin ixrac qadağası olduğuna görə bu, həyata keçirilmir”.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









