Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşımaları tariflərinə endirim edildi
ASCO 1 mart 2023-cü ildən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edəcək. Fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 mart 2023-cü il tarixindən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edib.
QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1072 dollar əvəzinə 1000 dollar həcmində müəyyənləşdirilib.
Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1716 dollar deyil, 1600 dollar olacaq.
Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq.
Onu da qeyd edək ki, fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 dollar deyil, 200 dollar təşkil edir.
Tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)

