“Atəşgah” Sığortanın sədri şirkətdən ayrılıb
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Əliyev Azər Allahverdi oğlu vəzifəsindən ayrılıb.
Bu barədə Marja-ya “Atəşgah” Sığorta Şirkətindən bildirilib.
Qeyd edilib ki, o, 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra etmişdir. Daha sonra “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Sədri və AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi qismində fəaliyyət göstərən Azər Əliyev 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışmışdır.
"Eyni zamanda peşəkar fəaliyyəti dövründə vəzifələrini layiqincə yerinə yetirmiş, ”Atəşgah” Sığorta Şirkətinin nailiyyətlərinə əhəmiyyətli qatqıları olmuşdur. Habelə, bu dövr ərzində İcbari Sığorta Bürosunun Himayəçilər Şurasında sədr və sədr müavini vəzifələrində də çalışmışdır. Azər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü ilə əhalidə sığorta savadlılığının artırılması, həmçinin sığorta bazarının inkişafı ilə bağlı bir çox layihələrdə fəal iştirak etmişdir.
“Atəşgah” Sığorta Şirkəti Azər Əliyevə yeni peşəkar fəaliyyətində uğurlar arzu edir!",- məlumatda bildirilir.
XXX
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Azər Əliyev Allahverdi oğlu vəzifəsindən ayrılıb.
Azər Əliyev bu barədə məlumatı təsdiqləyib.
O bildirib ki, öz ərizəsi ilə ötən il dekabrın 30-dan etibarən sığorta şirkətindən ayrılıb. Azər Əliyev artıq sığorta sahəsində deyil, başqa sahədə fəaliyyət göstərəcəyini əlavə edib.
Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)






.jpg)




.jpg)







