“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
(®) Payız ağac əkini mövsümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasına “Kristal Abşeron” şirkəti də qoşulub.
Dekabrın 28-də Xocasəndə baş tutan aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, “Kristal Abşeron” şirkətinin təsisçisi Mahayət Nəbiyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iştirak edib. 15 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı, zeytun, Şərq çinarı, oleandr ağaclarından ibarət ümumilikdə 10 000-ə qədər ağac əkilib. Damla suvarma sistemi quraşdırılıb.
Aksiya ağac əkməklə ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunmasına kömək edilməsi, atmosferin oksigenlə zənginləşdirməsi məqsədilə həyata keçirilib.
Kristal Abşeron bu cür ekoloji aksiyalarda mütəmadi olaraq iştirakı ilə ətraf mühitin mühafizəsinin vacibliyini daim diqqət mərkəzində saxlamağı əsas məqsədlərdən biri hesab edir və bu sahədə şirkət tərəfindən bu günədək müxtəlif aksiyalar da həyata keçirilib.
Qeyd edək ki, ölkə üzrə keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)



