İlham Əliyev Bakıda açılışda iştirak edib
Xətai rayonunda 5 saylı DOST Mərkəzi açıldı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.
Marja xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 31 ünvanında yerləşən dördmərtəbəli mərkəzin ümumi sahəsi 4405 kvadratmetrdir. Mərkəz modern və konstruktiv üslubda layihələndirilib, mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir.
Mərkəzdə 120 nəfərə yaxın işçi heyəti çalışacaq və “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərəcək. Burada gün ərzində 650-700 vətəndaşa xidmətin göstərilməsi nəzərdə tutulur.
DOST Agentliyi bu gün məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 12 istiqamət üzrə 153 xidmət göstərir. Bu günədək istifadəyə verilmiş 5 DOST Mərkəzində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
14 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
-
- 35 d. əvvəl
- 47 d. əvvəl
- 47 d. əvvəl
-
9 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
14 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
15 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Ən çox oxunanlar
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib











.webp)











