112 mənzilli bina sökülür, sakinlər narazıdır - Video
Yasamal rayonu, Şərifzadə 174 ünvanında yaşayan sakinlər binalarının sökülməsindən narazıdır.
Bununla bağlı müraciət edən bina sakini Müşfiq Əhədov qeyd edib ki, “Qismət-M Construction” MMC 112 mənzilli binanı qanunsuz olaraq sökmək istəyir: “Bu gün artıq heç bir sakinin icazəsi olmadan bina hasara alınıb. Şirkət binanı pilot layihə çərçivəsində sökəcəyini bildirir. Ancaq onların müqavilə şərtləri mövcud pilot layihələrin şərtləri ilə eyni deyil. Zəlzələ, tufan, fors major hadisələr zamanı şirkətin heç bir məsuliyyət daşımadığı müqavilənin birinci bəndində qeyd olunub. Üstəgəl təklif etdikləri kirayə haqları da xeyli aşağıdır. Bu şirkət bizim mülkiyyət hüququmuzu qanunazidd şəkildə pozur. Rəhbərlərinin kim olduğunu da demirlər. Bir rəhbəri bəlli olmayan şirkətə necə inana bilərik?”.
Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlanıb. Şirkətin əməkdaşı Əkbər Həsənov sakinlərin narazılığına heç bir əsas olmadığını bildirib: “Kimin nə sözü varsa ofisə yaxınlaşıb məsələni aydınlaşdıra bilər. Bu, bir pilot layihədir. Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Həmin ərazidə də pilot layihə çərçivəsində yeni bina inşa etmək bizim şirkətə həvalə olunub. Hər yerindən duran şirkətə pilot layihənin icrası həvalə olunmur. Şirkətə isə yeni rəhbərlik təyinatı hələ baş tutmayıb”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























