“Huawei” avtomobil də istehsal edəcək
Çinin “Huawei” şirkətinin rəsmiləri gələcək planları ilə bağlı məlumat veriblər. Bildirilib ki, nəhəng korporasiya gələn il əsas diqqətini avtomobil biznesinə yönləndirəcək və bu məsələdə bir neçə elektromobil istehsalçısı ilə əməkdaşlıq edəcək.
Qeyd olunur ki, 2023-cü ildə “Huawei” bu istiqamət üzrə digər avtomobil istehsalçılarının iştirakı ilə öz inkişafını davam etdirəcək. Məsələn, “Celis” adlı şirkətlə birlikdə ilk mərhələdə 200 min ədəd büdcəli elektromobil yaratmağı planlaşdırır. Bununla yanaşı, “Huawei” Çinin BAIC şirkəti ilə birgə tamamilə yeni avtomobil hazırlamaq niyyətindədir. Bu istiqamətdə növbəti ən vacib addım nəhəng akkumulyator istehsalçısı CATL ilə müqavilənin bağlanmasıdır. Dünən “Huawei”in “ağıllı” avtomobillərin hazırlanması bölməsinin rəhbərliyi CATL şirkəti ilə gələcək əməkdaşlığın əsasını qoyacaq anlaşma memorandumu imzalayıblar.
Xatırladaq ki, 2021-ci ildə “Cyrus” elektromobilinin uğurlu olmasından sonra “Huawei” öz avtomobil şöbəsinə daha çox investisiya yatırmağa başladı. Həmin vaxt birgə əməkdaşlıq çərçivəsində SF5 krossoveri təqdim edilmiş və layihə uğurlu alınmışdı.
Bununla yanaşı, məlumatda qeyd edilib ki, şirkət öz mobil şöbəsini unutmayacaq və gələn il təqdim ediləcək “Huawei P60” smartfon seriyasının modellərinin və digər smartfonlarının satışlarını yüksəltmək məqsədilə çoxlu sayda yeni işçi qəbulunu reallaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)






