Əvvəllər 15 qəpikə satılan kənd yumurtası indi 50 qəpiyə təklif olunur
Azərbaycanın şimal rayonlarında quş əti və yumurta bahalaşıb.
Quba, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarına baş çəkilib, qiymətlər öyrənilib.
Müşahidələr zamanı məlum olub ki, Yeni il qabağı kənd təsərrüfatı məhsullarının satıldığı bu bazarlarda qiymətlərdə artım var. Bu ticarət mərkəzlərində xüsusən quş əti və məhsullarının bahalaşması daha çox diqqəti çəkib. Belə ki, əvvəllər 15 qəpikə satılan kənd yumurtası indi 50 qəpiyə təklif olunur.
Bundan əlavə, bazarda toyuq 10-15 manat, hind toyuğu 30-35 manat, qaz isə 25-30 manat civarında satılır. Qiymətlərin baha olmasına görə, bazarlarda alıcılıq qabiliyyəti də xeyli aşağıdır. Ona görə də bazarda alıcıdan daha çox qiymətlərlə maraqlanan insanlara rast gəlinir.
Yerli sakinlər isə bayrama sayılı günlər qaldığı üçün qiymətlərin işbazlar tərəfindən süni şəkildə qaldırıldığını iddia edirlər.
Satıcıların isə quş əti və məhsullarındakı bahalaşmanı başqa səbəblərlə izah ediblər. Onların sözlərinə görə, qış aylarında ev quşları az yumurtlayır. Quşların qidalanmasına gəldikdə isə onlar deyib ki, buna daha çox xərc tələb olunur. Bahalaşma da elə bu səbəbdən baş verir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








