Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin noyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2506,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 96,0 mln. kVt·st, yaxud 4,0 % artması deməkdir.
Marja xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,5 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 mln. kVt·st, ixrac isə 448,9 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 216,9 mln. kVt·st artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt·st, yəni 3,9 % artaraq 26 260,3 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 623,3 mln. kVt·st artaraq 24 404,9 mln. kVt·st, SES-lərdə 339,4 mln. kVt·st artaraq 1 532,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 15,5 mln. kVt·st artaraq 322,6 mln. kVt·st olub.
11 ay ərzində külək elektrik stansiyalarında 79,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 59,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 184,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2022-ci ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 696,7 mln. kVts (İES-lərdə 22 277,2 mln. kVt·st, SES-lərdə 1 419,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 439,8 mln. kVt·st (İES-lərdə 285,8 mln. kVt·st, SES-lərdə 99,4 mln. kVt·st, GES-də 54,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 59,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 064,5 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 126,3 mln. kVt·st, ixracı isə 2 546,8 mln. kVt·st, olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














.jpg)

