Azərbaycanın turizm xidmətləri üzrə idxal ixracını üstələyib - 88 milyon dollarlıq kəsir
2022-ci ilin 9 ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsində 88 milyon dollar həcmində kəsir yaranıb.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildirilir.
"2022-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.6 dəfə artaraq 1.3 milyard dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (692 milyon dollar) ixracı (604 milyon) üstələməsi nəticəsində 88 milyon həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 67%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.2 dəfə artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.7 milyard dollar olmuşdur. Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla)",- Hesabatda bildirilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)






