"Baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub"
“2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub”.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, ötən ilin bu dövrü ilə müqayisədə ölüm hallarının sayında artım müşahidə olunur:
“Əvvəllər piyadaların vurulması ilə nəticələnən qəzalar Bakı şəhəri üzrə 60-65 faiz, respublika üzrə isə 40-45 faiz təşkil edirdi. Bu faiz bir qədər azalaraq 37 faizə enmişdi, amma son məlumatlara görə isə artıq 50 faizdir”.
K.Əliyev qeyd edib ki, piyadaların vurulmasında onların özlərinin də təqsiri az deyil:
“Piyada keçidlərinin olmasına baxmayaraq bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər. Bununla onlar həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədə qoyurlar. Əlbəttə, sürücülər də diqqətli olmalıdır, bilməlidir ki, piyadalar arasında zəif görənlər, zəif eşidənlər var. Sürücülər yol hərəkət qaydalarına riayət etməklə piyadanı vurmamaq üçün bütün zəruri tədbirləri görməlidir. Təəssüflər olsun ki, bəzi sürücülər sürət həddini aşırlar”.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















