ABŞ-Çin ticarəti 2,4 faiz artıb
Çin Baş Gömrük İdarəsi: ABŞ-Çin ticarət dövriyyəsi 2022-ci ilin 11 ayında 2,4% artaraq 697 milyard 694 milyon dollara çatıb.Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin çərşənbə günü açıqladığı məlumatlara görə, 2022-ci ilin ilk 11 ayında ABŞ və Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 2,4% artaraq 697 milyard 694 milyon dollar təşkil edib.
Marja xəbər verir ki, ABŞ, ASEAN və Avropa İttifaqı ilə birlikdə Çinin ilk 3 ticarət tərəfdaşı sırasında qalıb.
Çinin Baş Gömrük İdarəsinin məlumatlarına görə, yanvar-noyabr aylarında Çindən ABŞ-a ixrac illik müqayisədə 3,4% artaraq 535 milyard 995 milyon dollar təşkil edib. Çin ABŞ-dan isə 161 milyard 699 milyon dollarlıq mal idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.
Noyabrda iki ölkə arasında ticarət dövriyyəsi 57,281 milyard dollar təşkil edib, o cümlədən Çin ABŞ-a 40 milyard 805 milyon dollarlıq, ABŞ isə Çinə 16 milyard 476 milyon dollarlıq mallar ixrac edib.
2021-ci ilin sonunda Çin və ABŞ arasında ticarət dövriyyəsi 28,7% artaraq 755,6 milyard dollar təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
-
13 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
-
13 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
18 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
20 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 23 d. əvvəl
-
33 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 49 d. əvvəl
- 55 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı


























