Birjalarda son vəziyyət
EUR
Ötən həftənin cümə axşamı günü FED 1-2 noyabr tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını dərc edib.
Uçot dərəcəsinin 75 baza bəndi artırılaraq 3.75-4.00% aralığına qaldırıldığı son iclasın protokollarında qarşıdakı iclaslarda faiz artımı tempinin aşağı düşə biləcəyinə dair siqnallar diqqət çəkdi.
Ötən həftə birjalar FED-in dekabr toplantısında uçot dərəcələrini 75% ehtimalla 0.50%, 25% ehtimalla isə 0.75% artıracağı proqnozlarını qiymətləndirir. Bu isə dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu.
Lakin bu həftə Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya rəqəmləri, Amerikada dərc olunacaq ÜDM-in həcmi və “NFP” göstəricisi Dollar İndeksində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Nəticələr proqnozları üstələyərsə, dollar indeksində eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər. Təhlillərə əsasən dollar indeksi 108 bənd həddindəki müqavimət həddi qırılsa, EURUSD və GBPUSD cütlüklərində trend enişə doğru dəyişə bilər.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq sənaye sektorunda biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. GBPUSD cütlüyündə qiymətlər 1.2100 müqavimətini qıra bilməsə, funt-sterling dollar qarşısında ucuzlaşa bilər. Əgər 1.2100 həddi yuxarıya doğru qırılarsa, artım tendensiyası davam edə bilər.
TRY
Ötən həftənin cümə axşamı keçirilən toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcələrini 10.50%-dən 9.00%-ə endirsə də, valyuta bazarlarında dolların təklifinin çoxluğu səbəbilə lirədə kəskin ucuzlaşma müşahidə olunmadı. USDTRY cütlüyü son 2 aydır müşahidə olunan üfüqi tendensiyasını davam etdirir.
GOLD
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb qorunur. Ötən həftənin sonu 1745$-a kimi ucuzlaşsa da, buradan dəstək alaraq 1754$ həddinə kimi bahalaşdı. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi bahalaşa bilər. Dollar indeksi 108 bənd həddi üzərində möhkəmlənərsə, qızıl yenidən 1720$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 38 d. əvvəl
-
59 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Ən çox oxunanlar
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA


















.jpg)
