“Azər-Türk Bank”ın Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirildi
Ruslan Əlixanov: “Azər Türk Bank” ASC bütün müştəriləri üçün etibarlı biznes tərəfdaşı olmalı, ölkə iqtisadiyyatının real sektoruna maliyyə dəstəyi verməli, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərməlidir.“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Bu barədə Azərbaycan İnvestisiya Holdinqi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib. Bankın Müşahidə Şurasının sədri Ruslan Əlixanov bildirib ki, “Azər Türk Bank” ASC bütün müştəriləri üçün etibarlı biznes tərəfdaşı olmalı, ölkə iqtisadiyyatının real sektoruna maliyyə dəstəyi verməli, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərməlidir.
İclasda Bankın korporativ idarəetmə sisteminin prinsipləri, idarəetmə və maliyyə hesabatları, o cümlədən, bankın strateji təşəbbüslərinin həyata keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərmana əsasən Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
21 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 26 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























