"AccessBank" da mənfəət açıqladı
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, aktivləri 1 milyard manatı keçmiş Bank, son rüb ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank son rüb ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.
-Bankın aktivləri rüb ərzində 4.8%, ilin əvvəlindən isə 12.9% artıb. Hazırda 1.1 milyard manat təşkil edir.
-Kredit portfeli rüb ərzində 7.4%, ilin əvvəlindən isə 21% artıb. Hazırda 765.4 milyon manat təşkil edir.
-Kredit portfelinin 80%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 13.6% və ya 73.5 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 34%-i regionların payına düşür.
Depozit portfeli rüb ərzində 2.9%, ilin əvvəlindən isə 16.3% artıb. Hazırda 802 milyon manat təşkil edir.
- Əhalinin müddətli əmanətləri rüb ərzində 1.7%, ilin əvvəlindən isə 20% artıb. Hazırda 555 milyon manat təşkil edir.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artaraq 100 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 57 milyon manata yüksəlib.
- Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.6% artaraq 8.5 milyon manata çatıb.
- Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 13 milyon manata çatıb. Təkcə 3-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 76.7% artıb.
- Yekun xalis mənfəət də il ərzində dəfələrlə artaraq 5.3 milyon manata çatıb. 3-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb.
- Bankın məcmu kapitalı son 1 il ərzində 13.3% və ya 10.3 milyon manata artaraq 87.9 milyon manata çatıb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 37.9 milyon manat artıqdır.
- Bankın likvidlik əmsalı 63.3% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bank göstəricilərini şərh edərkən bildirdi ki, Bankın əsas məqsədi inkişaf edərək həm daha yüksək nəticələr, həm də daha keyfiyyətli xidmət göstərməkdir:
”Bir il ərzində xalis əməliyyat mənfəətinin kəskin artımı daima üzərimizdə işləməyimizin bəhrəsidir. Biz anlayırıq ki, artan təkcə rəqəmlər deyil, həm də müştəri məmnuniyyəti və rəqabətdir. Bazarda mikromaliyyələşdirmə lideri olmaqla yanaşı, həm də pərakəndə bankçılıq xidmətlərini təkmilləşdirməyimiz öz nəticəsini artıq göstərir. Məqsədimiz daha çox inkişaf və daha yüksək xidmətdir.”
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























