"Premium Bank" 4 milyon manatdan çox xalis mənfəət açıqladı
"Premium Bank" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 4 milyon 12 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövründə 6 milyon 999 min manat xalis mənfəət əldə etmişdi. Ötən ilin yanvar-sentyabr ayında xalis mənfəət mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış vəsaitin hesabına idi. 2022-ci ilin xalis mənfəti isə Bankın cari fəaliyyətindən qaynaqlanır.
Marja.az xəbər verir ki, 2022-ci ilin 9 ayında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 35 milyon 847 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 123 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 724 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 712 min manat ayırdığından cari ilin yanvar-sentyabr dövrünü 4 milyon 12 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 34 milyon 898 min manat, cəmi əməliyyat xərcləri 35 milyon 846 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 948 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış 7 milyon 946 min manatın hesabına əməliyyat zərəri bağlanmış və bank həmin dövü 6 milyon 999 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"Premium Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 948 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 7 milyon 724 min manat azalıb. Beləliklə, "Premium Bank" həm cəmi əməliyyat gəlirlərini artırması, həm də xərclərini azaltması hesabına əməliyyatını zərərdən mənfəətə keçirib.
BANK BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə "Premium Bank"ın cəmi aktivləri 41 milyon 795 min manat və ya 5,5% artaraq 30 Sentyabr 2022-ci il tarixində 802 milyon 134 min manat təşkil edib. O cümlədən, cəmi aktivlərin 477 milyon 993 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
Cari ilin 9 ayı ərzində "Premium Bank"da cəmi depozitlər 57 milyon 413 min manat və ya 11% artaraq 575 milyon 773 min manata çatıb. 30 Sentyabr 2022-ci il tarixində "Premium Bank" ASC 174 milyon 910 min manat məcmu kapitala malik olub ki, bu da minimal məcmu kapital tələbindən 3,5 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
-
1 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
























