“Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda profilaktik müayinə və maarifləndirmə aksiyalarına start verilib
Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi (MOM) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda profilaktik müayinə və maarifləndirmə aksiyalarına start verilib.
“Hər kəs bilsin, həyat davam etsin!” devizi altında ilk olaraq oktyabrın 7-də Gəncə şəhər Onkoloji Xəstəxanasında Milli Onkologiya Mərkəzinin mütəxəssisləri tərəfindən qadınlar arasında süd vəzisi xəstəlikləri üzrə profilaktik müayinələr aparılıb.
Müayinələr ümumilikdə 150-dən çox sakini əhatə edib. Müayinələrin nəticələri əsasında xəstəlik riski olanlar daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Həmçinin, qadınlarla profilaktik söhbət aparılıb, yerində məsləhətlər verilib.
Layihənin davamı olaraq oktyabrın 8-də Gəncədə Heydər Əliyev mərkəzində “Süd vəzisi xəstəliklərinin müasir müayinə və müalicəsi“ mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi, Milli Onkologiya Mərkəzinin mütəxəssisləri, eləcə də Gəncə şəhəri, Goranboy, Göygöl, Samux, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Naftalan rayonlarında çalışan 100-ə yaxın onkoloq, ginekoloq, uroloq və cərrah iştirak edib.
Konfransda çıxış edənlər ölkədə onkologiya sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr, erkən müayinələrin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışmış, “Süd vəzisi xəstəliklərinə müasir yanaşma”, “Süd vəzisi xərçənginin onkoplastik və rekonstruktiv cərrahiyyəsi”, “Trofoblastik xəstəliklər”, “Süd vəzisi xərçənginin müasir müalicə prinsipləri” və digər mövzularda maraqlı təqdimat və məruzələri dinlənilmişdir. Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Kampaniyaya 15-16 oktyabr tarixlərində Şirvan şəhərində davam ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
4 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
4 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Ən çox oxunanlar
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib



















