Əhalinin banklardakı əmanətləri artmaqda davam edir
31.08.2022-ci il tarixində fiziki şəxslərin banklardakı depozitləri (əmanətləri) 10 milyard 632 milyon manata çatıb. Əmanət faizləri yüksək qaldığından depozit məhsullarına tələb davam etməkdədir.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin iyul ayının sonu ilə müqayisədə avqustda fiziki şəxslərin cəmi əmanətləri 26,5 milyon manat artıb. O cümlədən, müddətli əmanətlər 65,2 milyon manat artaraq 5 milyard 880 milyon manata yüksəlib, tələbli əmanətlər 38,7 milyon manat azalaraq 4 milyard 752 milyon manata düşüb.
Avqustda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 14,8 milyon manat artaraq 31.08.2022-ci il tarixində 226,4 milyon manat təşkil edib.
2022-ci ilin iyun ayı ilə müqayisədə iyul ayında fiziki şəxslərin cəmi depozitləri 226,9 milyon manat, o cümlədən müddətli depozitlər 78,4 milyon manat, tələbli depozitlər 148,5 milyon manat artmışdı.
Ötən ilin sonunda, banklarda fiziki şəxslərin banklardakı depozitləri 9 milyard 32.4 milyon manat, o cümlədən müddətli depozitlər 5 milyard 339 milyon manat, tələbli depozitlər 3 milyard 693.4 milyon manat təşkil etmişdi. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 209 milyon manat olmuşdu.
2022-ci ilin 8 ayında fiziki şəxslərin əmanətləri 1 milyard 599.6 milyon manat, o cümlədən müddətli əmanətlər 541 milyon manat, tələbli əmanətlər 1 milyard 58.6 milyon manat artıb.
31.08.2022-ci il tarixində, sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri daxil fiziki şəxslərin 10 milyard 858,4 milyon manatlıq cəmi əmanətlərinin 6 milyard 548,1 milyon manatı və ya 60,3%-i milli valyutada, 4 milyard 310,2 milyon manatı və ya 39,7%-i xarici valyutada olub. Bu nisbət iyulun sonunda müvafiq olaraq 60,1% və 39,9% idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
-
11 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
22 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb




.jpg)
.jpg)







.jpg)









