Azərbaycana uçan təyyarədə xoşagəlməz təklif - "AZAL ciddi tədbirlər görməldir"
Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərə erməni yeməyi təklif olunub.
Təklif edilən “ermənisayağı hinduşka düyü ilə” bəzi sərnişinlərin narazılığına səbəb olub.
Sərnişinlərdən biri stüardessalarla dialoqunu çəkərək videonu sosial şəbəkələrdə yayıb.
Millət vəkili Qənirə Paşayeva məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müvafiq qurumlar bu məsələ ilə bağlı təcili tədirlər görməli və insanlarımıza məlumat verməlidirlər:
"Bu, “Aeroflot” şirkəti tərəfindən edilmiş böyük sayğısızlıqdır və buna görə cavab verməlidirlər. Heç bir şirkətə Azərbaycana qarşı sayğısızlıq etməyə imkan verilməməlidir. Hansı ölkənin şirkəti olursa-olsun, fərqi yoxdur bu cür addımlar atanlara qarşı ciddi tədbirlər görülməldir. O ki qaldı bu videonu çəkən və vətəndaş mövqeyini bildirərək etiraz edən insana, ona təşəkkürümü bildirmək istəyirəm. Oradakı insanlarımız ona daha çox dəstək olmalıydılar. Çünki sayğısızlıq yavaş-yavaş başlayır. Bu gün sərt cavab almasalar, sabah daha böyük sayğısızlıq edərlər. Görəsən, “Aeroflot” İrəvana uçan təyyarələrində Azərbaycan adı ilə yeməklər təklif edərmi? Xeyr! Heç bir zaman. Onda nəyə görə Azərbaycana uçan təyyarədə belə xoşagəlməz addımlar atır? Bu suallara cavab verməlidirlər və üzr istəməlidirlər. Səhvlərini etiraf edib, bir daha bu cür addımların atılmayacağını açıqlamalıdırlar. Bu məsələ ilə bağlı ciddi tədbirlər görülsün deyənləri dəstəkləyirəm. AZAL bu sayğısızlıqla bağlı ciddi tədbirlər görməldir".
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir
















