“Qırmızı Ürəklər” 200 kiloqrama yaxın batareya topladı
(®) Xəbər verdiyimiz kimi cari ilin may ayından başlayaraq “Qırmızı Ürəklər” Fondu (Red Hearts), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyaları toplanıb, "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilir.
Layihənin başlamasından 4 ay keçməsinə baxmayaraq artıq 200 kiloqrama yaxın batareya vətəndaşlar tərəfindən marketlərdə quraşdırılan xüsusi qutulara atılıb. Bu isə təxminən 43 min kub metr ərazinin çirklənməsinin qarşısının alınması deməkdir. Əsas məqsəd işlənmiş batareyaları digər tullantılardan ayırmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edir. Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu














.jpg)



