Bankların kredit faizi gəlirləri artıb
2022-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycan bankları müştərilərə verdikləri kreditlər üzrə 1 milyard 220.9 milyon manat faiz gəlirləri əldə ediblər.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə bankların kreditlər üzrə faiz gəlirləri 272.5 milyon manat artıb. 2021-ci ilin 7 ayında banklar kreditlər üzrə 948.4 milyon manat faizlər qazanmışdılar.
2022-ci ilin 7 ayı ərzində bankların faiz xərcləri 352.6 milyon manat, o cümlədən depozitlər üzrə faizlər 245 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bankların faiz xərcləri 307.1 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 201.6 milyon manat təşkil etmişdi.
Banklar tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2022-ci ilin 7 ayı ərzində 1 milyard 828.3 milyon manat artaraq 31 iyul 2022-ci il tarixində 18 milyard 487.4 milyon manata çatıb.
SEKTORDA XALİS MƏNFƏƏT ARTIB
Azərbaycanın bank sektoru 2022-ci ilin 7 ayını (yanvar-iyul) 492.6 milyon manat xalis mənfəət ilə başa vurub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə bank sektorunun xalis mənfəəti 83.7 milyon manat və ya 20,5% artıb. 2022-ci ilin iyun ayı ilə müqayisədə iyul ayında bank sektorunun xalis mənfəəti 91.8 milyon manat artıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)







.jpg)




