Nağd xarici valyutanın xalis satışında 40%-dən çox artım - bankların alışı satışı üstələyib
2022-ci ilin ötən dövründə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır.
Marja.az xəbər verir ki, bu Mərkəzi Bankın “Pul siyasəti icmalı"nda bildirilir.
Qeyd edilib ki, dövr ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir etmişdir ki, bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləmişdir.
Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişmişdir.
Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 20% artaraq 14.6 mlrd. ABŞ dolları ekvivalentin4 olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 84.9%-i ABŞ dollarında, 15.1%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 28.4%-i banklararası valyuta bazarında (BVB), 71.6%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4.2 mlrd. ABŞ dolları ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 16.7% artmışdır. Bu seqmentdə əməliyyatların 98.7%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 10.5 mlrd. dollar ekvivalentində olmuşdur ki, bu da ötən ilin eyni dövrünə nəzərən 22.1% çoxdur. Əməliyyatların 79.4%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.1%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 38.2% artaraq 2.6 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 87.6%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. I rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 40.8% artmışdır. Bununla belə aprel, may və iyun aylarında vəziyyət dəyişmiş və banklar tərəfindən xarici valyutanın alışı satışı üstələmişdir.
Dövr ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilmişdir. Hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 48 valyuta hərracı keçirilmişdir. Hərraclarda ARDNF-in 2739.1 mln. ABŞ dolları məbləğində vəsaiti satılmışdır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 448 mln. ABŞ dolları təşkil etmişdir.
Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. 6 ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6979 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
31 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 39 d. əvvəl
-
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
























