Nobel mükafatlı iqtisadçı: Neft qiymətləri, inflyasiya düşəcək
Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitz son vaxtlar onu ən çox narahat edən məsələnin FED-in sürətli və həddindən artıq addımları olduğunu bildirib. "Unutmayaq ki, pul siyasətinin öz təsirini göstərməsi üçün 18 ay lazım olur", - Stiqlitz bildirib.Nobel mükafatı laureatı iqtisadçı Cozef Stiqlitz enerji qiymətlərinin uzunmüddətli perspektivdə azalacağını və gələcəkdə inflyasiyanın sürətinin düşəcəyini bildirib.
Marja xəbər verir ki, bu mərhələdə sözügedən prosesin vaxtı ilə bağlı dəqiq bir proqnoz verməyən Stiglitz, onu narahat edən məsələnin FED-in sürətli və həddən artıq çox addım atması olduğunu bildirib.
Bloomberg-in yayımına qatılan Stiglitz-in diqqət çəkən açıqlamaları:
"İnflyasiyanın böyük hissəsi təklif tərəfdən qaynaqlanır. Ukraynadakı müharibə səbəbindən enerji və neft qiymətləri yüksəlib. Bu başa düşüləndir, çox da uzun olmayan müddətdə qiymətlər geri qayıdacaq.
Bizim məhdudiyyətsiz bərpa olunan enerji istehsal etmək imkanımız var. Belə getsə, neftdə 40-50 dollarlardan danışılacaq. Gələcəkdə dezinflyasiya görəcəyik, amma bunun nə vaxt olacağını bilmirəm.
Təchizat xəritəsi dəyişəcək. Çinlə rəqabət apara biləcək ucuz yerlər var. Düşünürəm ki, yenidən uyğunlaşma üçün bir neçə il lazım olacaq. Biz buna demək olar ki, hazırıq.
Məni narahat edən Fed-in çox sürətli və çox hərəkət etməsidir. Unutmayaq ki, pul siyasətinin öz təsirini göstərməsi üçün 18 ay lazım olur. Rusiya-Ukrayna müharibəsi bitərsə, enerji qiymətləri aşağı düşəcək, bu da dezinflyasiya yaradacaq.
Yanacağın qiymətləri geri qayıdacaq və biz hazırda bunun əlamətlərini görürük.
Son 50 ildə dövlət siyasəti fermerlərə “çox məhsul verməyin” deyib. Bu siyasəti tərsinə çevirsək, kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır












.jpg)









