Bu qanunu pozanlar 10000 manatadək cərimə ediləcək
Azərbaycanda insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.
Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək.
Bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliklə orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunacaq.
Qanunla qadağan olunan şəxslərdən orqan götürənlər həbs ediləcək
Azərbaycanda qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsinə görə cəzalar müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliklə qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Səhiyyə Nazirliyinin vəzifələri artırılıb
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” dəyişiklik edilib. Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.
Bununla yanaşı, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nə edilən dəyişikliklə Agentliyin da vəzifələri artırılıb.
Agentliyin vəzifələri sırasına insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək də əlavə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
5 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
5 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























