Əkin və məhsul subsidiyalarının məbləği artırıldı
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 22 iyul 2022-ci il tarixli iclasında mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə 2022-ci il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının artımı və yekun əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyasının artımı və yekun məhsul subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci il üzrə intensiv fındıq, nar, zeytun, limon, kinkan, naringi və portağal bağlarının, habelə şabalıd və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün verilən (bir dəfəyə məxsus) əkin subsidiyası 2021-ci ilin sentyabrın 1-dən salınmış və EKTİS-də ilk dəfə bəyan edilmiş bağlara şamil edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























