Azərbaycan şirkəti Avropa ölkələrinə sürtkü yağlarının ixracına başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əhəmiyyətli rol oynayır.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu yaxınlarda Sənaye Parkının rezidenti “ALCO” MMC Avropa ölkələrinə - İspaniya, eləcə də Bosniya və Herseqovinaya sürtkü yağlarının ixracına başlayıb. Şirkət tərəfindən bu ölkələrə 5 min ton həcmində məhsul göndərilib.
Qeyd edək ki, “ALCO” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət Sənaye Parkının ərazisində Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağlarının və antifrizin istehsalını həyata keçirir. İstehsal olunan məhsullar dünyanın 30-a yaxın ölkəsinə “Made İn Azerbaijan” brendi ilə ixrac edilir. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 150 nəfər insan daimi işlə təmin edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























