Dövlət Sığorta Kommersiya Şirkəti yenidən təşkil ediləcək - PREZİDENTDƏN TƏYİNATLAR
Azərbaycan Prezidenti İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.
Marja xəbər verir ki, Fərman, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alınıb.
Fərmana görə, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Müəyyən edilib ki:
-Cəmiyyət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;
- Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;
- Cəmiyyətin Direktorlar Şurası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.4–26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
-Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan İnvestisiya Holdinqinə:
- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:
- Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
- Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
Azərbaycan İnvestisiya Holdinqi Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
XXX
Prezident İlham Əliyev “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib:
Direktorlar Şurasının sədri
Azər Bayramov – maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
43 d. əvvəl
Bakı-Tbilisi-Bakı qatarlarına əlavə vaqon qoşuldu, yeni biletlər satışa çıxarıldı
-
47 d. əvvəl
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb
- 53 d. əvvəl
-
1 saat əvvəl
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
2 saat əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
DYP "Son zəng"lə bağlı "Rent a Car"lara müraciət edib
Azərbaycanda əmək müqavilələrinin sayı 1,9 milyona çatır
Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb - Apple, Epic Games, Chess...
Ən çox oxunanlar
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək



















