Tesla-nın təhvil verdiyi avtomobillərin sayı azalıb
Tesla 2022-ci ilin birinci rübündə 310 048 avtomobil, ikinci rübdə isə 254 695 avtomobil tədarük edib (təhvil verib).ABŞ-ın Tesla şirkəti 2022-ci il üçün ikinci rüb avtomobil istehsalı və tədarük rəqəmlərini açıqlayıb.
Marja xəbər verir ki, Tesla 258 580 avtomobil istehsal edib və 254 695 avtomobil təhvil verib. Bu rəqəmlər analitiklərin gözləntilərindən aşağı olub.
Analitiklərin fikrincə, onlar Covid məhdudiyyətlərinə, tədarük zəncirinin pozulmasına və çip böhranına baxmayaraq 256 520 avtomobilin çatdırılmasını gözləyirdilər.
Keçən il Tesla ikinci rübdə 201 250 avtomobil tədarük etmişdi.
Tesla 2022-ci ilin birinci rübündə 310 048 avtomobil təhvil vermişdi.
Tədarük rəqəmləri satışlarda 26,5 faiz artım olduğunu göstərir ki, İlon Maskın elektrik avtomobil satışının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,5 faoz artmasına baxmayaraq, ilk rüb ilə müqayisədə 17,9 faiz azalıb.
Eelektrik avtomobillərinin tədarükü Şanxaydakı zavodda istehsalın dayandırılması səbəbindən azalıb. Bu barədə şənbə günü Britaniyanın “Financial Times” qəzeti yazıb. Çindəki epidemioloji vəziyyətə görə zavodun dayanması son iki ildə ilk dəfə olaraq rüblük azalmaya səbəb olub.
ABŞ istehsalçısının ilin birinci yarısında ümumi tədarükləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46% artaraq 564 min ədəd təşkil edib.
Tesla 2003-cü ildə amerikalı sahibkar İlon Mask tərəfindən təsis edilib. Şirkətin baş ofisi Kaliforniyanın Palo Alto şəhərində yerləşir. İlk vaxtlar şirkət sırf elektromobillərin istehsalında ixtisaslaşıb, lakin sonradan günəş panelləri və digər enerji sistemləri yaratmağa başlayıb. 2021-ci ilin oktyabr ayında şirkətin bazar dəyəri 1 trilyon dolları ötüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























