Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 3 milyard dolları keçib
“İxrac İcmalı”nın iyun sayı təqdim olunub.
Marja xəbər verir ki, “İxrac İcmalı”nda qeyd edilib ki, 2022-ci ilin yanvar-may aylarında Azexport.az portalına 215 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin may ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 52,3 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin may ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib.
Qeyd edilib ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 may tarixinə kimi (65 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
13 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























