Fed/Evans: Faizin artırılması mərhələli olmalıdır
ABŞ Mərkəzi Bankının (Fed) Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans (Charles Evans), Fed-in faiz artırımını çox mərhələli aparılması lazım olduğunu söyləyib.
Evans, mövcud şəraitin mərhələli faiz artırmğı dəstəklədiyini bildirərək, "Fed-in bu il ərzində iki, üç və ya dörd dəfə faiz artıracağını bilmirəm. Əhəmiyyətli olan, lazımi şəraitin bunu dəstəkləməsidir",- deyib.
Fed-in 2%-lik inflyasiya hədəfinə çata bilmədiyinə diqqəti çəkən Evans, Fed-in dövləti və bazarları aşağı inflyasiya şəraitinə uyğunlaşaraq işləməyə alışdırması lazım gəldiyini qeyd edib.
Evans həmçinin, Fed-in balansını yavaşca kiçiltməyə başlaması lazım olduğunu sözlərinə əlavə edib.
TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !
Ekspertlər, ABŞ iqtisadiyyatına dair göstəricilərin müsbət olması vəziyyətində, bu il iki dəfə faiz artıran Fed-in daha bir dəfə faiz artıracağını bildirirlər.
Evans bu il Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında səs hüququna malikdir və keçən həfəti iclasda faiz artırmağın lehinə səs vermişdi.
"FED ƏYLƏCƏ ÇOX BASMAQ İSTƏMİR"
Fed-in Nyu-York şöbəsinin sədri Vilyam Dadli (William Dudley), ABŞ iqtisadiyyatının tam məşğulluğa olduqca yaxın olduğunu, inflyasiyanın isə Fed-in hədəfindən bir az aşağı qaldığını bildirib.
Dadli, iqtisadi etimadın "çox yüksək" səviyyələrdə olduğunu deyib. Nyu-York Fed sədri, iqtisadi inkişafın daha çox yol qət edəcəyindən əmin olduğunu bildirib.
Ümumiyyətlə əmək bazarının nisbi olaraq yaxşı getdiyi düşüncəsində olan Dadli, maaş artımlarının, məşğulluğun bir az da sürətlənəcəyini bildirib.
Maliyyə şərtlərini hələ çox sərtləşdirmədiklərini bildirən Dadli, Fed-in "əyləcə çox basaraq" durğunluğa səbəb olmaq istəməyəcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)








.jpg)








