VTB (Azərbaycan) uşaq əmanəti üzrə gəlirliliyi 11%-ə qədər artırıb
(®) VTB (Azərbaycan) Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən aksiya çərçivəsində manatla açılan “Uşaq Əmanət Hesabı”nın tarifini 0,5% artırır. İndi əmanət üzrə gəlirlilik vəsaitlərin yerləşdirilməsi müddətindən asılı olaraq 9,5%-dən 11%-ə qədər olacaq.
Əmanəti yetkinlik yaşına çatdıqda ondan istifadə edə biləcək uşaq üçün valideyn və ya qəyyumun adına aça bilərsiniz. Minimum məbləğ 100 AZN-dir. Əmanəti istənilən vaxt artırmaq olar – minimum məbləğ 5 AZN təşkil edir. Yerləşdirmə müddəti 1 ildən 18 ilə qədərdir. Aksiya iyunun 1-dən 30-dək davam edəcək.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
“VTB (Azərbaycan) sosial məsuliyyətə xüsusi diqqət yetirir. Bank mütəmadi olaraq uşaqlar üçün maliyyə savadlılığı üzrə təlimlər keçirir və uşaq idmanına fəal dəstək verir. Biz həmçinin xüsusi məhsullar üzərində işləyirik: ilin əvvəlində biz Uşaq Əmanət Hesabını işə saldıq. Bu, valideynlərə övladının gələcəyi üçün kapital formalaşdırmağa kömək edir, həmçinin yetkinlik yaşına çatdıqda uşağın maliyyə müstəqilliyini təmin edir. Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətiylə biz müştərilərimizə əmanətlər üçün daha əlverişli şərtlər təklif etmək, onun gəlirliliyini artırmaq qərarına gəldik”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Siz bankın internet saytında əmanət açmaq üçün ərizə göndərə bilərsiniz. Təsdiqləndikdən sonra müştəri pul vəsaitlərini yerləşdirmək üçün VTB (Azərbaycan)-ın istənilən filialına gələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
-
-
21 d. əvvəl
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
- 26 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
4 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək

























