Azərbaycanın qaz ixracından gəlirində böyük artım
2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandan 4 milyard 178 milyon 230 min dollar dəyərində 7 milyard 233 milyon 394 min kub metr təbii qaz ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə 2022-ci ilin ilk 4 ayında ixrac olunmuş təbii qazın statistik dəyəri 3,7 dəfə artıb.
2021-ci ilin yanvar-aprel dövründə Azərbaycandan 1 milyard 131 milyon 480 min dollar dəyərində 7 milyard 837 milyon 583 min kub metr təbii qaz ixrac edilmişdi.
2022-ci ilin ilk 4 ayında Azərbaycandan 6 milyard 544 milyon 674 min dollar dəyərində 9 milyon 481 min 169 ton xam neft ixrac edilib. İxrac edilmiş xam neftin statistik dəyəri 50,3% artıb. 2021-ci ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 353 milyon 98 min dollar dəyərində 10 milyard 737 milyon 848 ton xam neft ixrac edilmişdi.
2022-ci ilin yanvar-aprel dövründə Azərbaycandan ixrac edilmiş xam neft və təbii qazın dəyəri 10 milyard 722 milyon 904 min dollar təşkil edib.
Neft və qaz gəlirlərinin artmasının səbəbi dünya bazarlarındakı yüksək qiymətlərdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























