Daşkəsən və Göygöl rayonlarında KOB dostları fəaliyyətə başlayıb
KOBİA-nın Daşkəsən və Göygöl üzrə Kiçik və Orta Biznesin dostları – KOB dostları rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB dostlarının sayı 3-ə çatıb.
Hazırda KOB dostları ölkənin 33 şəhər və rayonunda fəaliyyət göstərir.
Daşkəsən və Göygöl rayonlarında KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib.
Görüşlər çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 18 d. əvvəl
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 58 d. əvvəl
- 59 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















