Azərbaycanın qocaman bankı əmanət faizlərini yüksəltdi
"Turanbank" Manat əmanəti faizlərini artırıb.
Marja.az xəbər verir ki, hazırda "Sirlər Xəzinəsi Əmanəti" məhsulunun 12 - 18 ay müddəti üzrə illik faizləri - faiz müştəriyə aylıq ödənildikdə 10,50%, rüblük ödənildikdə 10.75%, faizlər müddətin sonunda ödənildikdə isə 11% təşkil edir. Bundan əvvəl faiz aylıq ödənildikdə gəlir 9,75% idi.
Həmçinin, "Sirlər Xəzinəsi Əmanəti" məhsulu üzrə maksimal faiz 12%-ə çatdırılıb. Belə ki, əmanətini 25-36 ay müddətinə banka yerləşdirənlərə - faiz aylıq ödənildikdə 11%, rüblük ödənildikdə 11.50%, müddətin sonunda ödənildikdə isə 12% gəlir təklif olunur.
Bunlardan başqa, 30 000 AZN/USD/EUR və artıq məbləğdə əmanət yerləşdirən müştərilərə "Universal Gold" kartı hədiyyə olunur.
Qeyd edək ki, bu il "Turanbank" 30 illiyini qeyd edir.
Xəbər verdiyimiz kimi, “Turanbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 1 milyon 13 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 105 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə “Turanbank”ın xalis mənfəəti 9,6 dəfə artıb. Mənfəətin artması gəlirlərin artmasından qaynaqlanıb. Ötən ilin ilk rübündə "Turanbank"ın faiz gəlirləri 9 milyon 366 min manat ikən, 2022-ci ilin ilk rübündə 13 milyon 486 min manata yüksəlib (44% artıb). Bankın qeyri-faiz gəlirləri isə 973 min manatdan 1 milyon 749 min manata qalxıb (80% artıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 d. əvvəl
-
- 32 d. əvvəl
-
50 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!

























