“Qafqaz” Konserv Zavodunda bir gün - REPORTAJ
İyunun 13-də “Qafqaz” Konserv Zavoduna media tur təşkil olunub. Doğrudur "Azərsun Holdinq"in tabeliyində fəaliyyət göstərən istehsal müəssisələrinə belə media turlar mütəmadi təşkil olunur, amma bu dəfəki media tur bir qədər fərqli idi. Belə ki, media mənsublarını “Qafqaz” Konserv Zavoduna aparmağın əsas məqsədi son günlər mətbuatda mal əti konservlərinin mənşəyi bəlli olmayan ətlərdən hazırlandığı barədə yayılan məlumatlara aydınlıq gətirmək idi. “Azərsun Holdinq” jurnalistlərə məhz bu xəbərlərin əsassız olduğunu sübut etmək, onları iş prosesi ilə əyani tanış etmək məqsədilə bu turu təşkil edib.
Xaçmazda yerləşən “Qafqaz” Konserv Zavoduna çatan media mənsublarını burada zavodun səlahiyyətli nümayəndələri qarşılayıb.
"Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov əvvəlcə zavod haqda qısa məlumat verib. O bildirib ki, “Qafqaz” Konserv Zavodu Azərbaycanda konserva sahəsində Sovet dönəmindən sonra liderlik edən ilk zavoddur.
“Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir”
A. Səfərov burada tanınmış mütəxəssislərin işlədiyini də diqqətə çatdırıb:
“Müəssələrimizdə müxtəlif çeşiddə məhsul hazırlanır. Hazırlanan məhsullar içərisində ən təhlükəlisi olan konserva məhsullarıdır ki, onların hazırlanmasında gigiyena qaydalarına ciddi riayət edilir. Ümumiyyətlə, burada ərzaq, qida məhsullarının hazırlanmasına son dərəcə diqqətli, həssas yanaşılır. “Azərsun Holdinq”in fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problem yaşanmayıb. Məhsullarımızın yüksək keyfiyyətlə istehsal olunmasını idarəetmə sisteminə borcluyuq”.
"Onların “çörəyi” istehsalatın səhvlərindən çıxır"
A, Səfərov qeyd edib ki, “Azersun Holdinq”də “Qafqaz” konserv zavodu direktorluğu məhsulun istehsalında cavabdehlik daşıyır:
“Burada prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun nümayəndələri zavod rəhbərliyinə tabe deyillər. Onlar birbaşa mərkəzi direktorluğa tabedirlər. Bədiiləşdirib desək, onların çörəyi istehsalatın səhvlərindən çıxır. Bu direktorluq nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar. Bax bu cür, dəfələrlə yoxlama sistemi nəticəsində keyfiyyət amili tam şəkildə əhatə oluna bilir”.
“Biz öz süfrəmizdə yemədiyimiz məhsulu istehlakçımıza təklif etmirik”
Yavaş-yavaş əsas məsələyə gəlirik. Burada hazırlanan konservalar necə hazırlanır? Hansı ətlərdən istifadə olunur? A. Səfərov bu barədə də ətraflı məlumat verir. O bildirir ki, “Qafqaz” konserv zavodu son 8 ildə yerli istehsalçılardan ət qəbul etməyib. Bunun səbəbi, hər ay daxili bazardan əlli ton ət qəbul olunarsa, ölkədə ətin qiyməti 20-25 manata qalxar. Məhz buna görə də, yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur:
“Konservalar yalnız xaricdən gətrilən və öz fermalarımızda bəslənən mal-qaranın ətindən hazırlanır. Buna görə, sözügedən məsələ ilə bağlı, "Azərsun Holdinq" hər hansı iradı qəbul etmir. Biz öz süfrəmizdə yemədiyimiz məhsulu istehlakçımıza təklif etmirik. Elə bu günkü səfərin də məqsədi yarana biləcək zərrə qədər əsassız şübhəni tam aradan qaldırmaqdır”.
“Hansısa mərhələdə problem yaranarsa istehsalı dayandırırıq”
Zavod və hazırlanan məhsullar haqda məlumat verildikdən sonra gigiyenik qaydalara riayət edilərək jurnalistlər ətlərin saxlanıldığı dondurucu otaqlara yollanırlar. Burada jurnalistləri “Qafqaz” konserv zavodunun keyfiyyətə nəzarət şöbəsinin müdiri Anar Qədirov məlumatlandırır.
A. Qədirov bildirir ki, konserv məhsullarının istehsalı zamanı istifadə olunan ət zavoda dondurulmuş şəkildə xaricdən gəlir:
“Həmin ət burada soyuq depolarda saxlanılır və ən yüksək avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb mal əti konservinin istesalını həyata keçiririk. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhlələrdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhədə problem yaranarsa istehsalı dayandırırıq. 4 otaqlı labaratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. zavoda daxil olan xammaldan nümunə götürülür və labaratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır. Labaratoriya müasir cihazlarla tam təmin olunub. Tələb olunan analizlər üçün hansı cihaz lazımdırsa, bizim zavodda o cihaz var”.
Media tur çərçivəsində jurnalistlər istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesi ilə birbaşa tanış olub, söylənən yüksək texnoloji avadanlıqlar, laborotoriya ilə yaxından tanış oldular.
© Türkan Bəşir
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 14 saat sonra
-
6 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 d. əvvəl
-
38 d. əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
6 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ən çox oxunanlar
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi

















