“Rabitəbank”ın xalis mənfəəti kəskin artıb
“Rabitəbank” ASC 2022-ci ilin 1-ci rübünü 5 milyon 73 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, “Rabitəbank”ın xalis mənfəəti 2021-i ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 45,2% artıb. Bank 2021-ci ilin yanvar-mart dövrünü 3 milyon 495 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin ilk rübündə Bankın cəmi faiz gəlirləri 12 milyon 488 min manat ikən, 2022-ci ilin ilk rübündə 15 milyon 455 min manat təşkil edib (23,7% artıb). “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 6 milyon 64 min manatdan 10 milyon 73 min manata yüksəlib (66,1% artıb).
GƏLİRLƏRİ ARTIB
2022-ci ilin yanvar-mart dövründə “Rabitəbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 25 milyon 528 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri ) 19 milyon 830 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 698 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 626 min manat ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə “Rabitəbank”ın cəmi əməliyyat gəlirləri 18 milyon 552 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 506 min manat, əməliyyat mənfəəti 6 milyon 46 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı vəsait 2 milyon 552 min manat təşkil etmişdi.
Bankın əməliyyat gəlirlərinin 6 milyon 976 min manat artmasına qarşılıq əməliyyat xərcləri 7 milyon 324 min manat artıb. Xərclərin gəlirlərdən daha çox artması ilə əlaqədar olaraq bankın əməliyyat mənfəəti 348 min manat azalıb. Bankın xalis mənfəətinin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin 4 dəfədən çox azalması ilə əlaqədardır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, 500 MİLYON MANATI KEÇİB
31 Mart 2022-ci il tarixində “Rabitəbank” 902 milyon 783 min manat cəmi aktivlərə, o cümlədən 502 milyon 979 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Xatırladaq ki, 31 Dekabr 2021-ci il tarixində “Rabitəbank” 1 milyard 17 milyon 872 min manat cəmi aktivlərə, o cümlədən 473 milyon 963 min mantat kredit portfelinə malik idi (ilk 3 ayda Bankın kredit portfeli 29 milyon 16 min manat və ya 6,1% artıb). Aktivlərin azalmasının əsas səbəbi şirkətlərin cari hesablarındakı vəsaitlərinin azalması ilə əlaqədar olaraq nağd pul vəsaitlərinin azalmasıdır. Bankın depozit portfeli 122 milyon 677 min manat və ya 17% azalaraq 602 milyon 5 min manata, o cümlədən hüquqi şəxslərin depozitləri 106 milyon 673 min manat və ya 22,7% azalaraq 363 milyon 172 min manata geriləyib.
31 Mart 2022-ci il tarixində “Rabitəbank” 103 milyon 561 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 32 d. əvvəl
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR























