“AFB Bank” audit olunmuş hesabatlarını dərc etdi – XALİS MƏNFƏƏTİ KƏSKİN ARTIB
“AFB Bank” ASC 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Uyğun Hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditorun rəyini dərc edib.
Marja.az hesabatlara istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “AFB Bank”ın xalis mənfəəti 4 milyon 154 min manat və ya 76,6% artaraq 9 milyon 577 min manat təşkil edib. Bank 2020-ci ili 5 milyon 423 min manat xalis mənfəət ilə bağlamışdı.
2020-ci illə müqayisədə2021-ci ildə “AFB Bank”ın faiz gəlirləri azalıb, haqq və komissiya gəlirləri isə artıb. Ötən il Bankın cəmi faiz və haqq və komissiya gəlirləri 14 milyon 599 min manat təşkil edib.
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərinin bərpa edilməsi nəticəsində ehtiyatdan azad olmuş 13 milyon 830 min manat vəsait xalis mənfəətin kəskin artmasına səbəb olub. 2020-ci ildə bu bənd üzrə gəlir 2 milyon 444 min manat təşkil etmişdi.
31 Dekabr 2021-ci il tarixində “AFB Bank” 271 milyon 241 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 117 milyon 307 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
Ötən ilin sonunda “AFB Bank”ın nizamnamə kapitalının 99,64%-i Hikmət İsmayılova, 0,18-i Cəmil Muradova və 0,18%-i Əkbər Abdullayevə məxsus olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























