Avronu baha alan, ucuz satan banklar - SİYAHI
Bu gün avronun (EUR) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi daha 0,2% azalaraq 1,8313 manat təşkil edib. Bu, 2020-ci ilin aprel ayının 24-dən bəri qeydə alınan ən aşağı göstəricidir.
Hesablamalarına görə, ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 12,6% ucuzlaşıb.
Avro Avropa Mərkəzi Bankının faiz dərəcələrini dəyişməz olaraq saxlaması qərarı fonunda dollara və manatın məzənnəsinin dollara sərt bağlılığını nəzərə alaraq, manata qarşı da ikiillik minimumda qalmağa davam edir. Qeyd edək ki, Avropa Mərkəzi Bankı kreditlər üzrə faiz dərəcəsini 0%, marjinal kreditlər üzrə faiz dərəcəsini 0,25%, depozitlər üzrə dərəcəsini isə -0,5% səviyyəsində saxladı.
Azərbaycan banklarının nağd avronun konvertasiyası üzrə məzənnələrinə nəzər saldıqda, hazırda ölkədə demək olar ki, bütün bankların nağd avronu AMB-nin bu günə olan məzənnəsindən (1 avro/1,8313 manat) aşağı aldığı müşahidə olunur. Satışa gəldikdə isə, bankların rəsmi məzənnədən ortalama 1,3%, bəzi bankların isə 1,7%, 1,8% və hətta 2,7% baha satdığını müşahidə etmək olar.
Hazırda bu günə olan məlumatlara görə, bankların avronun konvertasiyası üzrə orta marjası 0,0458 manat təşkil edir. Bəzi banklarda bu göstərici 2 və hətta 1 qəpik səviyyələrində olsa da, bankların 68%-də marja 4 qəpikdən çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında əhali banklardan 20,601 mln. nağd avro alıb və 12,032 mln. avro satıb.
Nağd avronu ən baha alan bankların renkinqi:
# | Banklar | Alış | Marja | AMB-nin məzənnəsi ilə müqayisə |
1 | Premium Bank | 1,8340 ₼ | 0,0160 ₼ | 0,15% |
2 | Bank Melli İran* | 1,8280 ₼ | 0,0250 ₼ | -0,18% |
3 | Expressbank | 1,8260 ₼ | 0,0240 ₼ | -0,29% |
4 | AFB Bank | 1,8160 ₼ | 0,0330 ₼ | -0,84% |
5 | Azər-Türk Bank | 1,8150 ₼ | 0,0300 ₼ | -0,89% |
6 | Günay Bank | 1,8150 ₼ | 0,0300 ₼ | -0,89% |
7 | Turanbank | 1,8149 ₼ | 0,0415 ₼ | -0,90% |
8 | AccessBank | 1,8130 ₼ | 0,0330 ₼ | -1,00% |
9 | Kapital Bank | 1,8125 ₼ | 0,0490 ₼ | -1,03% |
10 | Rabitəbank | 1,8120 ₼ | 0,0370 ₼ | -1,05% |
11 | Bank BTB | 1,8120 ₼ | 0,0410 ₼ | -1,05% |
12 | Xalq Bank | 1,8112 ₼ | 0,0402 ₼ | -1,10% |
13 | Naxçıvanbank | 1,8112 ₼ | 0,0512 ₼ | -1,10% |
14 | Bank VTB* | 1,8100 ₼ | 0,0420 ₼ | -1,16% |
15 | PAŞA Bank | 1,8100 ₼ | 0,0510 ₼ | -1,16% |
16 | Unibank | 1,8093 ₼ | 0,0467 ₼ | -1,20% |
17 | Ziraat Bank* | 1,8083 ₼ | 0,0480 ₼ | -1,26% |
18 | Muğanbank | 1,8070 ₼ | 0,0580 ₼ | -1,33% |
19 | ASB Bank | 1,8050 ₼ | 0,0450 ₼ | -1,44% |
20 | Bank Avrasiya | 1,8050 ₼ | 0,0450 ₼ | -1,44% |
21 | Yapı Kredi Bank* | 1,8040 ₼ | 0,0550 ₼ | -1,49% |
22 | Bank Respublika | 1,8010 ₼ | 0,0610 ₼ | -1,65% |
23 | Yelo Bank | 1,8000 ₼ | 0,0500 ₼ | -1,71% |
24 | ABB** | 1,7764 ₼ | 0,0824 ₼ | -3,00% |
25 | Bank of Baku | 1,7700 ₼ | 0,1100 ₼ | -3,35% |
*Bakı filialı
**Azərbaycan Beynəlxalq Bankı
Nağd avronu ən ucuz satan bankların renkinqi:
# | Banklar | Satış | Marja | AMB-nin məzənnəsi ilə müqayisə |
1 | Azər-Türk Bank | 1,8450 ₼ | 0,0300 ₼ | 0,75% |
2 | Günay Bank | 1,8450 ₼ | 0,0300 ₼ | 0,75% |
3 | AccessBank | 1,8460 ₼ | 0,0330 ₼ | 0,80% |
4 | AFB Bank | 1,8490 ₼ | 0,0330 ₼ | 0,97% |
5 | Rabitəbank | 1,8490 ₼ | 0,0370 ₼ | 0,97% |
6 | Premium Bank | 1,8500 ₼ | 0,0160 ₼ | 1,02% |
7 | Expressbank | 1,8500 ₼ | 0,0240 ₼ | 1,02% |
8 | ASB Bank | 1,8500 ₼ | 0,0450 ₼ | 1,02% |
9 | Bank Avrasiya | 1,8500 ₼ | 0,0450 ₼ | 1,02% |
10 | Yelo Bank | 1,8500 ₼ | 0,0500 ₼ | 1,02% |
11 | Xalq Bank | 1,8514 ₼ | 0,0402 ₼ | 1,10% |
12 | Bank VTB* | 1,8520 ₼ | 0,0420 ₼ | 1,13% |
13 | Bank Melli İran* | 1,8530 ₼ | 0,0250 ₼ | 1,18% |
14 | Bank BTB | 1,8530 ₼ | 0,0410 ₼ | 1,18% |
15 | Unibank | 1,8560 ₼ | 0,0467 ₼ | 1,35% |
16 | Ziraat Bank* | 1,8563 ₼ | 0,0480 ₼ | 1,37% |
17 | Turanbank | 1,8564 ₼ | 0,0415 ₼ | 1,37% |
18 | ABB** | 1,8588 ₼ | 0,0824 ₼ | 1,50% |
19 | Yapı Kredi Bank* | 1,8590 ₼ | 0,0550 ₼ | 1,51% |
20 | PAŞA Bank | 1,8610 ₼ | 0,0510 ₼ | 1,62% |
21 | Kapital Bank | 1,8615 ₼ | 0,0490 ₼ | 1,65% |
22 | Bank Respublika | 1,8620 ₼ | 0,0610 ₼ | 1,68% |
23 | Naxçıvanbank | 1,8624 ₼ | 0,0512 ₼ | 1,70% |
24 | Muğanbank | 1,8650 ₼ | 0,0580 ₼ | 1,84% |
25 | Bank of Baku | 1,8800 ₼ | 0,1100 ₼ | 2,66% |
*Bakı filialı
**Azərbaycan Beynəlxalq Bankı
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)




