Dünya Bankı qlobal artım proqnozunu aşağı salıb
Dünya Bankı Ukrayna müharibəsi səbəbindən bu il üçün qlobal iqtisadi artım proqnozunu aşağı salıb. Böhrana cavab vermək üçün 2023-cü ilin iyun ayına qədər olan dövrü əhatə edəcək 170 milyard dollarlıq paketin aktivləşdirilməsi müzakirə ediləcək.Dünya Bankı Rusiyanın Ukraynaya hücumundan sonra bu il qlobal iqtisadi artım ilə bağlı proqnozunu aşağı salıb.
Marja xəbər verir ki, Dünya Bankının prezidenti David Malpass qurumun 2022-ci il üçün qlobal artım proqnozunu yanvar ayındaki 4,1 faizdən 3,2 faizə saldığını açıqlayıb.
Rusiya və Ukrayna da daxil olmaqla, Avropa və Mərkəzi Asiya üzrə pisləşən proqnozlar aşağıya doğru reviziyaya səbəb olub. Malpass xatırladıb ki, keçən il dünya iqtisadiyyatı 5,7% artıb.
Dünya Bankının prezidenti bəyan edib ki, yaxın həftələrdə bankın idarə heyətinin iclasında təxminən 170 milyard dollar dəyərində olan yeni 15 aylıq böhran maliyyələşdirmə paketi ilə bağlı müzakirələr aparılacaq. Dünya Bankı Covid-19 pandemiyası zamanı 157 milyard dollar vəsait səfərbər edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"






.jpg)
.jpg)






.jpg)






