Azərbaycanda bank kartları ilə bağlı nə baş verir?
Son günlər Azərbaycanda bank kartlarından istifadə ilə bağlı problemlər müşahidə edilir.
Belə ki, kartlarlan bankomatlardan pul çıxarmaq, eləcə də POS-terminallarla ödəniş etmək bəzi hallarda mümkün olmur.
Bu isə kart sahibləri üçün bir növ sürprizə çevrilir.
"Bu, istənilən ölkə üçün adi haldır"
"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev deyir ki, Azərbaycanın kart infrastrukturunda elə bir ciddi problem yoxdur və ara-sıra qeydə alınan çətinliklər istənilən ölkə üçün adi haldır: “Eyni problemlə istənilən ölkədə qarşılaşmaq olar. Hər hansı kartda texniki nasazlıq bütövlükdə sistemin pis işləməsi anlamına gəlmir.Təbii ki, müştəri öz bankı ilə əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilər. Bəzən olur ki, 10 milyon kartın içində bir və yaxud beşində problem olur. Bu, milyonda bir faizdir. Yəni, bunu sistemin işləməməsi kimi göstərmək düzgün olmaz və problemin aradan qaldırılması üçün anında tədbir görülür”.
"Texniki təkmilləşdirmə işləri aparıldığı üçün ..."
Assosiasiyanın eksperti İlqar Əliyev isə bildirir ki, son günlər yalnız bir bankda texniki təkmilləşdirmə işləri ilə bağlı kartlardan istifadədə fasilələr müşahidə edilib. Hazırda texniki komanda problemlə bağlı işləyir və kartlardan normal istifadə demək olar ki, bərpa olunub,
Bununla belə, onun fikrincə, bank bu barədə müştərilərini xəbərdar etməli idi: "Əgər bu (məlumatlandırma) baş verməyibsə, müştərilərin iradları haqlıdır".
Prosessinq mərkəzləri narahatlığa əsas görmür
Azərbaycanda bank kartlarına xidmət göstərmək üçün 2 prosessinq mərkəzi fəaliyyət göstərir. Bunlar dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin təsis etdiyi "Azericard" və 20-yə yaxın bankın təsisçiliyi ilə qurulmuş "Millikart" MMC-lərdir. Onlar da bildirirlər ki, kartlarla bağlı ümumilikdə problem yoxdur. Sadəcə son günlər az sayda kartla əməliyyat aparmaq mümkün olmayıb. Həmin problem də həll edilmək üzrədir.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























