Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
(®) 11 aprel 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə ağacəkmə aksiyası keçirildi. Təşəbbüs çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51 hektar ərazidə ölkə banklarının əməkdaşlarının iştirakı ilə müxtəlif ağaclar əkildi.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABA-nın prezidenti Zakir Nuriyev, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Yaşar Məmmədov, bankın əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdi. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.
Bu tədbir Azərbaycan Banklar Assosiasiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində imzalanan anlaşma memoranduma əsasən baş tutub.
Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq ölkə üzrə müxtəlif ağacəkmə aksiyalarına dəstək göstərir. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə işğaldan azad olunan Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı aksiyada da iştirak edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
17 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 42 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























