“SİMA” rəqəmsal imzası ilə “PAŞA Bank”dan kredit əldə etmək daha da asanlaşdı
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştərilərin ehtiyaclarını qarşılamaq məqsədi ilə qabaqcıl rəqəmsal həllərin tətbiqini davam etdirir.
Belə ki, Bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri isə “SİMA” - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər.
“Müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən müraciət etdiyi kredit vəsaitini birbaşa onun istifadəsində olan əməkhaqqı kartına ala biləcək. Rəqəmsal xidmətlərin tətbiqinin və istifadəsinin genişləndirilməsini, eləcə də biznes proseslərinin sürətləndirilməsini hədəfləyən “SİMA” vasitəsilə gələcəkdə bankımızın digər məhsullarından da istifadə mümkün olacaq”, - deyə, “PAŞA Bank”ın Fərdi bankçılıq departamentinin direktoru Anar Abbasov bildirib.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək. Bundan əlavə, “SİMA”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır”, - “AzInTelecom”um Kommersiya departamentinin direktoru Ruslan Əliyev qeyd edib.
Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün “SİMA” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
“SİMA” rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























