Azərbaycan startapı ABŞ-ın məşhur platformasında məhsulunun satışına başlayır!
Azərbaycan startapı məhsulu tarixində bir ilk!ABŞ şirkəti “Technovate İnvestments”in qurucusu Fərid İsmayılzadə öz Linkedİn statusunda sərmayə yatırdıqları “Smart Spinal Solutions” şirkətinin “Lia” (www.wearlia.com) məhsulunun 11 mayda məşhur “İndieGogo” platformasında satışa çıxacağını elan edib.
ABŞ-ın “Smart Spinal Solutions” şirkətinin əsas səhmdarları Arif Mövsümzadə və “Technovate” şirkətidir.
Marja xəbər verir ki, “Lia” adlı məhsul insanlarda düzgün qamətin yaranmasına xidmət edir. Bazardakı bütün məhsullardan fərqli olaraq, bu məhsul süni intellekt vasitəsilə istifadəçinin qamət probemlenin diaqnozunu qoyur və bundan sonra ona özəl proqram ilə problemin aradan qalxmasına və düzgün qamət vərdişinin yaranmasına kömək edir. Məhsul qlobal bazar üçün və təxminən hər kəs üçün nəzərdə tutulsa da, ilk öncə Amerika və Avropada satışa çıxacaq.
Azərbaycan vətəndaşları “Lia”nı xarici ölkələrdən məhsulları Bakıya göndərən xidmətlər vasitəsilə (camex.az və s.) Bakıya gətirilməsini təmin edə bilərlər.
Məhsulun yaradılması ideası Azərbaycanda formalaşıb, istehsalı və satışı isə ABŞ-da təşkil edilir.
Fərid İsmayılzadə bildirib ki, xaricdə və ölkəmizdə olan həmvətənlər https://www.hot-newtech.com/lia/ saytından qeydiyyatdan keçərək məhsula endirimlər ala bilərlər. Bundan əlavə www.indiegogo.com saytında indidən qeydiyyatdan keçmələri xahiş olunur.
İlk dəfədir ki, Azərbaycan startapı məhsulunu bu platformada satışa çıxardacaq qədər inkişaf etdirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























