“Günay Sığorta”nın gəlirləri artıb
“Günay Sığorta” ASC 2021-ci ili 1 milyon 125 min manat xalis zərər ilə başa vurub. Xatırladaq ki, “Günay Sığorta” şirkəti 2020-ci ili 325 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis zərərin səbəbləri - sığorta ödənişlərinin kəskin artması qaytarılan sığorta haqları və işlərin aparılması üzrə xərclərin artmasıdır.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Günay Sığorta”nın cəmi əməliyyat gəlirləri 10 milyon 378 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 503 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 9 milyon 254 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 730 min manat təşkil etmişdi.
YIĞIMLARI ARTIB
2020-ci ildə "Günay Sığorta"nın hesabladığı sığorta haqları 9 milyon 35 min manat ikən, 2021-ci ildə 9 milyon 777 min manata yüksəlib.
SIĞORTA ÖDƏNİŞLƏRİ 1,7 DƏFƏ ARTIB
"Günay Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 2 milyon 443 min manat ikən, 2021-ci ildə 4 milyon 89 min manat təşkil edib.
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir. Hazırda 8.2 milyon manat nizamnamə kapitalına malik olan "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























