"Azərpoçt" agent bankçılıq modelinin tətbiqinə start verdi - AZƏRBAYCANDA İLK DƏFƏ
Azərbaycanda maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC və “Access Bank” QSC-nin birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə start verilib.
MMC-dən verilən məlumata görə, regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini hədəfləyən layihə Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir.
Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə edilir.
Qeyd edək ki, layihə Azərbaycanda ilk dəfədir reallaşdırılır və agent bank funksiyasını “Azərpoçt” MMC həyata keçirəcək.
Müqaviləyə əsasən, layihəyə “Azərpoçt”un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulacaq. Artıq mart ayından etibarən vətəndaşlar həmin poçt filialında bank əməliyyatlarını həyata keçirə biləcəklər. Müştərilərə ilk növbədə mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunacaq.
“Azərpoçt” MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, bu il ərzində agent bankçılıq layihəsi daha bir neçə regionu əhatə edəcək.
Layihənin reallaşması nəticəsində bank məhsulları və xidmətləri bölgə sakinləri üçün daha əlçatan olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
13 d. əvvəl
BYD-dən taksi operatorları və avtomobil parklae üçün yeni marka: Linhui
-
17 d. əvvəl
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
Aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb
Əmək müqavilələrinin sayı artır
Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm










.jpg)














