Limon və portağal bağlarının sığorta şərtləri açıqlandı - MƏBLƏĞLƏR, TƏLƏBLƏR
Azərbaycanda limon və portağal bağlarının dövlət dəstəkli aqrar sığorta olunması ilə bağlı şərtlər açıqlanıb.
Azərbaycanda 686 hektar limon bağı var. Bundan 318 hektarı intensiv bağçılıq, 368 hektar isə ənənəvi üsulla becərilir. Ən çox limon bağları Astara, Lənkəran və Ağdaşdadır.
Portağal bağlarının ümumi sahəsi isə ümumilikdə 559 hektar təşkil edir. Bunun böyük hisssəsi - 439 hektarı ənənəvi üsulla, 120 hektarı intensiv üsulla salınmış bağlardır. Ən çox portağal bağları Astara və Lənkərandadır.
Ümumiyyətlə ölkədəki bütün portağal bağlarının 80%-i Astarada yerləşir. Limon və portağal məhsulu təkcə daxili bazarda satılmır, xaricə də ixrac edilir.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, aqrar sığorta mexanizmi limon və portağal bağlarını bütün əsas risklərdən qoruyur. Bura dolu, donvurma, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Limon və portağal bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, dolu vurması nəticəsində keyfiyyət itkisindən, eləcə də ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər.
Limon bağının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,39%-5,97% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Lənkəran-Astara bölgəsində sığorta tarifi 2,46% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Portağal bağlarının baza sığorta zərfi ilə sığortası tarifi isə ayrı-ayrı regionlar üzrə 245%-5,05% arasında dəyişir. Lənkəran-Astara ərazisində sığorta tarifi 2,56% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: Lənkəranda 1 hektar sahədən 300 sentner limon məhsulu gözlənilir, limonun hər sentnerinin qiyməti 200 manat təşkil edir, yəni sahədən ümumilikdə 60 000 manatlıq məhsulun yığılacağı gözlənilir. Həmin bağın baza sığorta zərfi üzrə hesablanan sığorta haqqı 1476 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını - 736 manat ödəyəcək., qalan hissəni dövlət ödəyir.
Sığota hadisəsi baş verdikdə və sahədəki məhsul tamamilə itirildikdə 10% azad olma məbləği tətbiq edilir və bağ sahibinə 54 min manat ödəniş edilir.
Misal: Astarada 1 hektar sahədən 480 sentner limon məhsulu gözlənilir, limonun hər sentnerinin qiyməti 80 manat təşkil edir, yəni sahədən ümumilikdə 38 400 manatlıq məhsulun yığılacağı gözlənilir. Həmin bağın baza sığorta zərfi üzrə hesablanan sığorta haqqı 983 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını - 491 manat ödəyəcək., qalan hissəni dövlət ödəyir.
Sığota hadisəsi baş verdikdə və sahədəki məhsul tamamilə itirildikdə 10% azad olma məbləği tətbiq edilir və bağ sahibinə 34 560 manat ödəniş edilir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






